Roma Papası: Bəli, bu terrorizm və müharibədir

Roma Papası: Bəli, bu terrorizm və müharibədir

Papa Fransis sionist rejimin Qəzzədə xristian kilsəsinin bombardman edilməsinə kəskin reaksiya verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünya katoliklərinin rəhbəri Papa Fransis dünənki (17 dekabr) çıxışında Qəzzədə kilsəyə sığınmış bir ana ilə qızının ölümünə səbəb olan sionist hücumlarına reaksiya olaraq deyib: Mən davamlı olaraq Qəzzədən çox üzücü informasiyalar eşidirəm. Çünki Qəzzədə sivil və dinc əhali bombardmanlara məruz qalır. Hətta müqəddəs kilsəyə belə sığınan insanların başına bombalar yağdırılır. Terrorçu olmayan ərazilərin, uşaq, qadın və xəstələrin pənah apardığı yerlər belə partladılır.

Qeyd edək ki, ötən şənbə günü kilsələrə pənah aparan Qəzzə xristianlar İsrail hücumlarına məruz qalıb. Belə ki, qadınlara məxsus bu kilsə 54 məlul insan bombardman edilib.

Papa Fransis həmçinin deyib: Bu terrorizmdir, bu müharibədir. Bəli, bu müharibədir və terrorizmdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =