Rusiya Baltik dənizində təlim keçirib, raket atıb
Rusiya Baltik dənizində raket atəşi ilə təlim keçirib.
“Report” Rusiyanın “Zvezda” telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimdə 10 gəmi iştirak edib. Tədbirdə gəmi əleyhinə raketlər hədəfi vurub, “A-190” artilleriya kompleksi iştirak edib.
Vurğulanıb ki, atəş “Uran” gəmi əleyhinə raket kompleksindən açılıb.
Report.az