Rusiya FTX “Crocus”da terror aktının hədəflərindən birini müəyyən edib
“Rusiyanın paytaxtı Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktının məqsədlərindən biri də Rusiyanın MDB ölkələri ilə münasibətlərinə xələl gətirmək istəyi olub”.
Bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.
Bortnikovun sözlərinə görə, bu terror aktını sifariş edənlər dini və milli amillərdən istifadə edərək münasibətləri korlamaq istəyiblər. O bildirib ki, bu iş üzrə istintaq Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılıb.