Rusiya hərbçiləri Qarabağda qalacaq?

Rusiya hərbçiləri Qarabağda qalacaq?

Bölgənin Azərbaycanın tam nəzarətinə keçdikdən sonra Rusiya sülhməramlılarının Qarabağda olması üçün hansı hüquqi əsaslar var? Bişkekdə jurnalistlərin verdiyi bu suala Rusiya prezidenti Vladimir Putin cavab verib.

“Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız, şübhəsiz, Azərbaycan Respublikasının ərazisindədirlər.  Və təbii ki, indi – xüsusən də, erməni əhalisinin köçü ilə bağlı ağır hadisələrdən sonra – vəziyyət artıq tamamilə, kökündən dəyişib.”,- Valadimir Putin deyib.

O sözlərinə belə davam edib: “Amma formal olaraq sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarımızla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Danışıqlar zamanı buna qərar verəcəyik”.

Rusiya prezidenti beləliklə Rusiyanın regionda hərbi fəaliyyətinin davam etməsinin razılaşdırılacağına eyham vurub.

Rusiya prezidenti Bakı ilə İrəvan arasında sülh sazişinin perspektivlərinin nədən ibarət olduğunu soruşduqda, İrəvanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq qərarını bir daha xatırladıb.

Paşinyanın Praqada verdiyi bu bəyanat “Qarabağın statusunu müəyyənləşdirdi: Ermənistan Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu tanıdı”.

Vladimir Putin Azərbaycan Respublikası ilə Ermənistan  arasında gedən sülh müzakirələrində əsas  problemin referendumla bağlı olduğunu xatırladıb və bildirib ki, Paşinyanın Praqa bəyanatından sonra referendumun mövzusu artıq bağlanıb.

 “Biz sülh sazişinin bağlanması ümidi ilə sülh danışıqlarının bərpasına kömək etməyə hazır olacağıq və bütün həmkarlarımızı Moskvaya toplaşmağa dəvət etmişik. Baş nazir Paşinyanın bundan xəbəri var, mən ona dedim, Azərbaycan prezidentinin də bundan xəbəri var. Mənə elə gəlir ki, bu, tamamilə mümkündür”.

Putinin sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı texniki məsələlər var.

“Bir istiqamətdə 100 metr, digər tərəfdə bir kilometr, artıq fərqi yoxdur. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları həll etmək olar”, – Putin hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =