Rusiya hava qüvvələrinin Suriyada Cəbhətən-Nusrənin mühüm mərkəzlərinə hücumu nəticəsində 26 nəfər həlak olub

Rusiya hava qüvvələrinin Suriyada Cəbhətən-Nusrənin mühüm mərkəzlərinə hücumu nəticəsində 26 nəfər həlak olub

Rusiya mediası çərşənbə günü səhər bu ölkənin qırıcılarının Suriyanın şimal-qərbində Cəbhətən-Nusrənin həyati mərkəzlərinə hava hücumu ilə bağlı məlumat yayıb və bu hücum zamanı 26 nəfərin həlak olduğunu bildirib.

İRNA-nın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İdlib bölgəsində bir neçə qərargah Rusiyanın bir sıra hava hücumları ilə hədəfə alınıb və bu hücumların diqqət mərkəzində “Cəbhətən-Nusrə” və “Hərasəddin” terror ünsürlərinin qərargahı olub.

Bu hesabata görə, bu hücumlar kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib və Suriya ordusunun mövqelərinə hücumları koordinasiya edən terrorçu qruplar bombalanıb.

Adının çəkilməsini istəməyən etibarlı səhra mənbəsi Sputnik-ə bildirib ki, hücumlar nəticəsində indiyədək terrorçu qrupların 6 hərbi qərargahı, o cümlədən, logistika avadanlıqları, silah-sursat, pilotsuz uçuş aparatları məhv edilib.

Bu mənbə əlavə edib ki, ilkin məlumatda bu hücumlar nəticəsində azı 26 terrorçunun öldürüldüyü, bir neçəsinin isə yaralandığı bildirilir.

Sözügedən hücumlar Rusiya döyüş təyyarələrinin İdlibin qərb ətrafında Ən-Nusrə Cəbhəsinə aid pilotsuz uçan aparat anbarını vurması ilə eyni vaxtda baş verib. Bu anbarın tamamilə məhv edilməsi ilə yanaşı, bu hücumda 5 silahlı terrorçu ünsür də yaralanıb.

Suriyanın Humeymim bazasındakı Rusiya Barışıq Mərkəzinin rəis müavini də çərşənbə axşamı gecə Moskvanın Suriyanın şimal-qərbində İdlib əyalətinə endirdiyi hava hücumunda Təhriruş-Şam qruplaşmasının 17 üzvünün öldürüldüyünü açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =