Rusiya helikopterləri enib-qalxır: Xankəndidə nə baş verir?

Rusiya helikopterləri enib-qalxır: Xankəndidə nə baş verir?

Publika.az xəbər verir ki, Ermənistan mətbuatının iddiasına görə, son günlər Xankəndiyə xeyli sayda Rusiya helikopteri enib-qalxır. Xankəndidən də təzadlı məlumatlar gəlir.

Bəziləri iddia edirlər ki, Rusiya sülhməramlıları Qarabağdan çıxmağa hazırlaşırlar. Helikopterlərlə də zəruri texniki avadanlıqlar daşınır.

Bəzilərinin fikrincə isə ruslar helikopterlər vasitəsilə ərzaq, humanitar yüklər və dərman daşıyırlar.

Heç şübhəsiz, Rusiya helikopterlərinin Qarabağ səmasında sərbəst hərəkəti Azərbaycanla razılaşdırılıb. Rəsmi Bakı o helikopterlərlə nə daşındığını, ümumiyyətlə rusların hansı prosesi həyata keçirdiyini dəqiqliklə bilir.

İndiki məqamda rusların Bakını qıcıqlandıracaq addım atması inandırıcı görünmür. Güman etmirik ki, sülhməramlıların ərzaq çatışmazlığı da olsun.

Dünən Ermənistanda panika yaşanırdı ki, sülhməramlılar Qarabağı tərk edirlər. Bu xəbərdən həyəcanlanan bir dəstə erməni tez-tələsik İrəvandakı ABŞ və Fransa səfirliklərinin önünə yığışdılar.

Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk edəcəyi versiyası tamamilə istisna edilə bilməz. Rəsmi Bakı ən qısa zamanda ermənilərin Azərbaycana reinteqrasiyasında maraqlıdır. Rusiya da bu prosesin geridönşünün olmadığının fərqindədir. Elə ermənilər də.

Ola bilsin ki, Rusiya sülhməramlıları “missiya”larını vaxtından əvvəl bitirsinlər və müvəqqəti məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etsinlər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =