Rusiya İrana təlim-döyüş təyyarələri verib

Rusiya İrana təlim-döyüş təyyarələri verib

Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarələri İrana çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın “Yak-130” təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.

Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar “Yak-130”un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.

Qeyd edək ki, “Yak-130”, 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı “Yak-130”a müxtəlif təyyarələrin, o cümlədən ağır “Su-35S” və “Su-57” qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fifteen =