Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil edib

Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil edib

Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.

APA xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat dərc olunub.

Bildirilib ki, Rusiya hökuməti Norveçi Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib.

Qəbul olunan qərar dost olmayan ölkələr üçün Rusiya ərazisində olan şəxslərin arasından səfirliklərə, konsulluqlara, dövlət orqanlarının nümayəndəliklərinə və dövlət qurumlarına işçi qəbulu imkanlarının tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.

Qərara əsasən Norveçin Rusiyadakı diplomatik missiyasında çalışmaq üçün işə götürülən şəxslərin sayına limit qoyulub və bu limit 27 nəfəri keçə bilməz.

Xatırladaq ki, 2021-ci ilin mayında ABŞ və Çexiyanın, 2022-ci ilin iyulunda isə Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =