Rusiya nüvə müharibəsi zamanı mülki əhalinin evakuasiyası üzrə təlimlərə başlayıb

Rusiya nüvə müharibəsi zamanı mülki əhalinin evakuasiyası üzrə təlimlərə başlayıb

“Bu gün Rusiya ehtimal edilən nüvə müharibəsi zamanı evakuasiya təlimlərinə başlayıb”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri yazıb.

Qeyd olunub ki, təlimlər zamanı nüvə müharibəsi zamanı mülki əhalinin təxliyəsi tapşırıqları icra olunur. Məqsəd çoxlu sayda insanı radiasiya zonalarından çıxarmaq üçün xilasedicilərin hazırlığını yoxlamaqdır.

Təlimdə iştirak edən mülki əhalinin sayı açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev lazım olacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini bildiriblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − eleven =