Rusiya Polşanın Smolenskdəki konsulluğunu bağlayır
Rusiya Polşanın Smolenskdəki konsulluğunu bağlayır.
APA “interfax.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətidən bildirilib.
“Polşa Respublikası hökumətinin anti-Rusiya xarakterli qeyri-dost hərəkətləri nəticəsində Rusiyanın Polşa ərazisindəki diplomatik əmlakının qanunsuz olaraq ələ keçirilməsi istiqamətində addımlar atılıb. Rusiyanın Polşadakı diplomatik mövcudluğu əhəmiyyətli dərəcədə azalıb. Rusiya Federasiyası hökumətinin cavab tədbiri kimi təsdiq edilmiş sərəncamı Rusiyanın Polşadakı və Polşanın Rusiyadakı konsulluq idarələrinin paritetini bərpa etməyə imkan verir. Polşa Respublikasının Smolenskdəki konsulluq idarəsinin bağlanması haqqında hökumət sərəncamı qəbul edilib”, – Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Apa.az