Rusiya rəsmisi: Terrorçular Suriya ordusunun mövqelərini 12 dəfə atəşə tutublar

Rusiya rəsmisi: Terrorçular Suriya ordusunun mövqelərini 12 dəfə atəşə tutublar

Suriyada Rusiya Barışıq Mərkəzinin müavini Amerika koalisiyasının bu ölkədəki təhlükəli uçuşlarına işarə edərək, “Cəbhətən-Nusra” terrorçularının Suriya hökumət qüvvələrinin mövqelərini 12 dəfə atəşə tutduqlarını bildirib.

Rusiyanın Latakiyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzi çərşənbə axşamı axşam İdlibin deeskalasiya zonasında terrorçu qruplar tərəfindən Suriya hökumət qüvvələrinin mövqelərinin geniş şəkildə atəşə tutulduğunu bildirib.

Bu mərkəzin komandirinin müavini “Vadim Kolit” mətbuat konfransı zamanı bildirib ki, son 24 saat ərzində “Cəbhətən-Nusra” terror qruplaşmasının qalıqları Suriya hökumət qüvvələrinin Hələb, İdlib və Latakiya əyalətlərindəki mövqelərini 12 dəfə atəşə tutub.

 “Sputnik” xəbər agentliyinin məlumatına görə, Kolit daha sonra bəyan edib ki, Rusiyanın Suriya Ərəb Respublikasındakı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli və Suriya vətəndaşlarına dinc həyatın bərpası üçün hərtərəfli yardım göstərmək məqsədi ilə davam edir.

Bu rus rəsmisi həmçinin elan edib ki, Rusiya hərbçiləri Suriyada döyüşən tərəflər arasında atəşkəs razılaşmalarına əməl olunması ilə bağlı monitorinq tədbirlərini davam etdirirlər.

Kolit çıxışının digər hissəsində ABŞ koalisiyasının hava qüvvələrinin Suriya səmasında 31 dəfə koordinasiyasız pilotsuz uçuşlar həyata keçirərək münaqişənin qarşısının alınması protokollarını pozduğunu bildirib.

Onun sözlərinə görə, Amerika koalisiyasının Suriya səmasında yaratdığı bu təhlükəyə pilotsuz təyyarələr tərəfindən 14, koalisiya qırıcıları tərəfindən isə 17 dəfə hava məkanının pozulması daxildir.

Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin müavini həmçinin əlavə edib: Amerika koalisiyası bu cür hərəkətləri ilə ə hava qəzaları üçün təhlükəli şərait yaratmağa davam edir və Suriyanın hava məkanında vəziyyəti gərginləşdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 14 =