Rusiya səmasında bu ölkəyə məxsus kəşfiyyat təyyarəsi göründü

Rusiya səmasında bu ölkəyə məxsus kəşfiyyat təyyarəsi göründü

Publika.az “MK.ru”ya istinadən xəbər verir ki, İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhər saatlarında Finlandiyanın Rusiya Federasiyası ilə sərhədi yaxınlığında – Sankt-Peterburqdan cəmi 200 km aralıda dövrə vurub.

Məlumata görə, İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Gulfstream IV” kəşfiyyat təyyarəsi avqustun 22-də Linçepinq aviabazasından havaya qalxaraq Lappeenranta regionunda (Finlandiya) bir neçə saat dövrə vurub. Sonra o, şimala – Rusiya ilə sərhəddə yerləşən Şimal burnuna doğru istiqamətlənib.

Mütəxəssislər bildirirlər ki, hazırda İsveçdə bu ölkənin silahlı qüvvələrinin elektron kəşfiyyat üçün istifadə etdiyi iki oxşar təyyarə var.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nine =