Rusiya TŞ: Qərb Qazaxıstanla münasibətlərimizi korlamağa çalışır
Qərb Rusiya ilə Qazaxıstan arasında münasibətləri korlamağa çalışır.
APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov təhlükəsizlik məsələləri üzrə Rusiya-Qazaxıstan məsləhətləşmələri zamanı bildirib.
O vurğulayıb ki, anqlosakslar bütün dünyada parazitlik etməyə öyrəşiblər, ona görə də MDB məkanını özlərinə təhlükə kimi görürlər.
“Qərb dövlətləri suveren dövlətlərin daxili işlərinə birbaşa və qeyri-etik formada müdaxilə edərək, Rusiya ilə Qazaxıstan arasında münasibətlərə mənfi təsir göstərməyə çalışırlar.
ABŞ-la müttəfiqləri internet və sosial şəbəkələr də daxil olmaqla, millətçi hissləri
gücləndirməyə, böhtan yaymağa, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.
Bu isə öz növbəsində, müstəqil dövlətlərin daxili işlərinə birbaşa və qeyri-etik müdaxilədir”, – deyə Şevtsov bildirib.
Apa.az