Rusiya və Çin Yapon dənizində birgə təlim keçirir

Rusiya və Çin Yapon dənizində birgə təlim keçirir

Yapon dənizində Rusiya-Çin hərbi dəniz qüvvələrinin “Şimal qarşılıqlı fəaliyyət-2023” birgə təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, təlimlərin əsas məqsədi iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.

Birgə praktiki tədbirlər zamanı sualtı qayıqlara qarşı tapşırıqlar və dəniz döyüşləri, gəmilərin dəniz və havadan müşayiəti, Yapon dənizinin sularında və hava məkanında rabitənin təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılacaq. Hər iki tərəfdən təlimlərə 30-dan çox dəniz aviasiya təyyarəsi, o cümlədən sualtı qayıq əleyhinə helikopterlər və qırıcılar da cəlb olunub.

İyulun 23-dək davam edəcək təlimlərdə birgə artilleriya atəşinin həyata keçirilməsi də planlaşdırılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =