Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə siyasi dialoq qurmaq niyyətlərini təsdiqləyiblər və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib”, – Rusiya XİN bildirib.

Nazirlik qeyd edib ki, tərəflər arasında əsas beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb, aktual regional məsələlərə toxunulub, Cənubi Qafqazdakı vəziyyətə vurğu edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 7 =