Rusiya XİN: AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb

Rusiya XİN: AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb

Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətinin dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

“AŞPA-nın məşğul olduğu hər şey tamamilə siyasiləşib. Təəssüf ki, bu, təkcə bu təşkilata deyil, həm də ona bitişik olan qurumlara, məsələn, ATƏT-ə aiddir. Hər birimizin Avropa Şurasında baş verənləri adekvat qiymətləndirməliyik”, – o deyib.

M.Zaxarova vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir:

“AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb. Bütün bunlar AŞ-ni institusional böhran həddinə çatdıran Qərbin dağıdıcı təsiri ilə bağlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =