Rusiya XİN rəhbəri: “ABŞ Ukraynada münaqişəyə son qoymaq niyyətində deyil”

Rusiya XİN rəhbəri: “ABŞ Ukraynada münaqişəyə son qoymaq niyyətində deyil”

“Görünən odur ki, Ukraynanın bütün vacib məsələlərini ABŞ-la həll etmək lazımdır. Problem ondadır ki, Amerika Birləşmiş Ştatları Ukraynada münaqişəyə son qoymaq niyyətində deyil”.

“Report” xəbər verir ki, bunu “Beynəlxalq həyat” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bəzi dövlətlərin rəsmən bəyan etdikləri vəzifəsi Rusiyaya strateji məğlubiyyətə düçar etmək, ölkəni hərbi, iqtisadi və siyasi cəhətdən mümkün qədər zəiflətməkdir:

“Buna görə də Vaşinqton daim deyir ki, nizamlanma ilə bağlı bütün danışıqlar yalnız ukraynalıların şərtləri, yəni Volodimir Zelenskinin (Ukrayna Prezidneti – Qeyd) sülh formulası əsasında aparılmalıdır. Fikrimizcə, bu, mənasız ultimatum mövqeyidir”.

Lavrov Rusiyanın Qərb dövlətləri arasında mövcud münasibətlərinə də toxunub:

“Rusiya ilə Qərb arasında danışıqlar perspektivləri, təəssüf ki, indi görünmür. Biz qərblilərin danışıqlara dair ikiüzlü çağırışlarına inanmırıq. Biz bunu bir daha vaxt udmaq, Ukrayna qoşunlarına möhlət və yenidən toplaşmaq imkanı vermək, onları silah və sursatla təmin etmək istiqamətində həyata keçirilən taktiki oyun kimi qiymətləndiririk. Ancaq bu, sülh yolu deyil, müharibə yoludur. Bu, bizə tamamilə aydındır”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 3 =