Rusiya XİN Taxıl sazişinin bərpası üçün şərtləri açıqlayıb

Rusiya XİN Taxıl sazişinin bərpası üçün şərtləri açıqlayıb

Taxıl sazişinin bərpası yalnız Moskvanın tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Mövqemiz dəyişməz olaraq qalır: Rosselxozbank-ı SWIFT-ə yenidən qoşmaq, ehtiyat hissələrinin tədarükünü bərpa etmək, nəqliyyat logistikasını və sığortanı qurmaq. Yalnız bundan sonra Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq imkanlarına yenidən baxmaq mümkündür” – diplomat vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =