Rusiya yeni epidemiya və pandemiya riski barədə xəbərdarlıq edib

Rusiya yeni epidemiya və pandemiya riski barədə xəbərdarlıq edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın günahı ucbatından yeni epidemiya və pandemiya riski barədə xəbərdarlıq edib.

Mərkəzi Federal Dairədəki vəziyyətlə bağlı müşavirədə çıxış edən Patruşev biotəhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin müzakirəsini təklif edib.

“Müasir şəraitdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinin aktuallığı, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin, o cümlədən Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətləri nəticəsində yaranan yeni, əvvəllər məlum olmayan xəstəliklərin, epidemiyaların və pandemiyaların yaranmasına səbəb ola biləcək daxili və xarici təhlükəli bioloji amillərin kütləvi təzahürləri ilə bağlı potensial risk və təhdidlərlə əlaqəlidir”, – deyə Patruşev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − five =