Rusiyada amfibiya təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Rusiyada amfibiya təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Rusiyanın Krasnoyarsk diyarının şimalında şəxsi amfibiya təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına əsasən, təyyarə Dudinka çayının üzərindən havaya qalxarkən qəzaya uğrayıb.

Baş vermiş hadisə zamanı təyyarənin göyərtəsində iki nəfər olub. İlkin araşdırmalara görə, onlar həlak olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =