Rusiyadan sərt reaksiya, ərəblərin münasibəti necə olacaq?

Rusiyadan sərt reaksiya, ərəblərin münasibəti necə olacaq?

ABŞ-ın Yəmənə zərbə endirməsi regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq hüquqa tamamilə məhəl qoymamaqdır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adına BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının daha bir nümunəsidir”, – o bildirib.

Rusiya həmçinin ABŞ və Britaniyanın Yəmənə qarşı təcavüzkar hücumla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Bildirilir ki, görüş Nyu York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.

Hücumdan öncə ABŞ-ın ərəb ölkələrini bu hücuma cəlb etmək cəhdləri müvəffəqiyyətsizliyə uğradığından bu hücumun Ağ evin nəzərdə tutduğu məqsədi təmin etməyəcəyi deyilir. 

“Semafor” portalı öz mənbələrinə istinadla yazır ki, ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ərəb ölkələrini Yəmənə qarşı koalisiyaya qoşulmağa razı sala bilməyib.

 “Husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara dəstək verməkdə maraqlı olmayıblar. Misir və Qətər də bu cür əməliyyatlara qoşulmaq niyyətində deyil, çünki bu, Yaxın Şərq münaqişəsində İsrail və onun Qərb müttəfiqlərinin tərəfini tutmaq kimi görünə bilər”, – mənbə bildirib.

Portal qeyd edib ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-ın Yəmənə qarşı həm döyüş meydanında, həm də ritorika baxımından əməliyyat keçirmək planları istənilən effekti verməyəcək. Bu hücumlara sadəcə Bəhreyn dəstək verib.

Rusiyalı politoloq Sergey Markov isə ABŞ-ın Yəmənə qarşı təcavüzkar hücumunun Səudiyyə Ərəbistanına qarşı təhqir olduğunu deyir. Onun fikrincə Səudiyyə Ərəbistanı uzun illərdir Yəməndə husilərə qarşı hücumlar həyata keçirərkən dəfələrlə  ABŞ-ı da bu hücumlarda iştirak etməyə çağırmışdı Vaşinqton isə həmişə bu çağırışdan imtina etmişdi: “

Lakin husilər İsrailə toxunan kimi və Səudiyyə Ərəbistanı ilə barışığa gedərkən ABŞ bir neçə həftə ərzində işə qarışdı. Beləliklə, onların regionda əsl müttəfiqinin yalnız İsrail olduğunu, hələ də imperialistlərin və irqçilərin ərəblərə təkəbbür ilə yanaşdıqlarını göstərdilər. Ərəblərdən istifadə edirlər, dostluq etmirlər.”- deyə Polotoluq bildirib.

Sergey Markov ABŞ-ın sionist İsrail rejiminə görə Yəmənə hücum etməsinin Səudiyyə Ərəbistanı və BƏƏ-nin heç də xoşuna gəlməyəcəyini deyir və sonra belə əlavə edir: “ Mövcud hadisə krallıqla Rusiya arasında münasibətləri daha da gücləndirəcək. Bəli, Səudiyyə Ərəbistanı husilərə zərbə endirmək üçün ABŞ hərbi təyyarələrini hava məkanını ilə təmin etdi​. Lakin ərəblər ABŞ-ın bu zərbələrini təhqiredici və son dərəcə gecikmiş zərbə kimi qəbul edir”, – Rusiyalı politoloq Sergey Markov bildirib.

Qeyd edək ki, ötən gecə ABŞ və tərəfdaşları Yəmənin müxtəlif bölgələrinə, o cümlədən paytaxt Sənaya təcavüzkar hava hücumları həyata keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − eleven =