Səfir: BMT-nin yeni qətnaməsində İsrailin özünümüdafiə hüququ əks olunmayıb

Səfir: BMT-nin yeni qətnaməsində İsrailin özünümüdafiə hüququ əks olunmayıb

Qurumun 10 qeyri-daimi üzvü tərəfindən hazırlanan BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair yeni qətnamə layihəsində Fələstinin HƏMAS hərəkatının pislənməsi və İsrailin özünümüdafiə hüququnun təsdiqi yoxdur.

Bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məlumat verib.

“Bildiyimə görə, qətnamə layihəsinə İsrailin özünümüdafiə hüququ, HƏMAS qırğınının açıq şəkildə pislənməsi daxil deyil və vətəndaşlarımızın dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etmir”, – diplomat bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası oktyabrda Fələstin-İsrail münaqişəsinə dair dörd qətnamə layihəsindən heç birini qəbul edə bilməyib. İki sənəd Rusiya tərəfindən hazırlanıb, digər sənəd isə Braziliya və ABŞ tərəfindən təqdim edilib. Mövcud vəziyyətlə əlaqədar keçən həftə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü qətnamənin öz variantını hazırlamaq qərarına gəlib, lakin sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + twenty =