Şəhid Əmir Abdullahian dəfn edildi

Şəhid Əmir Abdullahian dəfn edildi

İranın faciəvi şəkildə həyatını itirən XİN başçısı Hüseyn Əmir Abdullahian bu gün torpağa tapşırıb.

Musavat.com xəbər verir ki, o, Tehranın Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.

Dəfn mərasimində İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni və digər dövlət rəsmiləri iştirak edib.

***

Məlum olduğu kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

https://www.aparat.com/v/kkse5b5

Mərasim Tehranda yerləşən Şah Əbdül-Əzim abidə kompleksində baş tutur.

Mərasimdə İran dövlət rəsmiləri, Xarici İşlər Nazirliyinin əməkdaşları və xarici ölkələrin nümayəndələri iştirak edirlər. 

İran Prezidenti İbrahim Rəisinin cənazəsi isə bu gün paytaxtdan Məşhəd şəhərinə aparılaraq orada dəfn ediləcək.

Minlərlə insan prezidentlə vida mərasimində iştirak etmək üçün İranın Bircənd şəhərinin əsas bulvarına toplaşıb. Camaat Rəisin tabutunu daşıyan avtomobili müşayiət edir, tabuta toxunmaq istəyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =