Şəhid General Qasim Süleymaninin İraq xalqı və Ərbəin zəvvarlarına verdiyi əmniyyət
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Hər il olduğu kimi, Səfər ayının 20-si imam Hüseynin (ə) Ərbəin mərasimidir və bu mərasimdə iştirak etmək üçün İraqa çoxlu zəvvarlar yola düşür.
İran İnqilab Keşikçiəri Qüds Korpusu qüvvələrinin komandanı şəhid General Qasim Süleymani İraqda əmniyyətin bərpası, İŞİD terrorçu qruplarının törətdiyi cinayətlərin qarşısını almaqda əlindən gələni əsirgəmir və təhlükəsizliyin təmini üçün çox çalışırdı.
O, İraqda milli səfərbərlik hərəkatı, könüllü müqavimət qruplarının yaranması, Həşdi Şəbinin formalaşmasında böyük rolu olan şəxsiyyətlərdən biri idi.
Ərbəin mərasimi zamanı Səudiyyəyə xəbərdarlıq mesajları verərək Kərbəlada terrorlar edilməsinin qarşısını alırdı. Bir sözlə, şəhid Qasim Süleymaninin bu sahədəki fəaliyyəti və əldə etdiyi nailiyyətlər danılmazdır.
Şəhid Qasim Süleymaninin xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaq.