Şəhid Muxtar Qasımlının anım günüdür

Şəhid Muxtar Qasımlının anım günüdür

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür.

BAKU.WS xəbər verir ki, şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.

O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib.

2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub. O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =