Səna: Yəmən Amerika və İngiltərə ilə uzunmüddətli qarşıdurmaya hazırdır

Səna: Yəmən Amerika və İngiltərə ilə uzunmüddətli qarşıdurmaya hazırdır

Yəmən silahlı qüvvələrinin komandanı Məhəmməd Nasir Əl-Atifi çərşənbə axşamı bildirib ki, ölkə ABŞ və İngiltərə ilə uzunmüddətli qarşıdurmaya hazırdır.

Amerika və İngiltərə sionist rejimə dəstək olaraq bir neçə dəfə Yəməndəki bəzi hərbi obyektləri hədəfə alıblar. Yəmən ordusu onların təcavüzünə cavab olaraq elan edib ki, bundan sonra Vaşinqton və Londonun Qırmızı dənizdəki maraqları qanuni hədəf kimi tanınır.

Əl-Atifi bəyan edib: Biz zalım qüvvələrlə uzunmüddətli qarşıdurmaya hazırıq. Amerikalılar, ingilislər və onlarla həmrəy olanlar Yəmənin qətiyyətinin gücünü bilməlidirlər və bu barədə heç bir mübahisə yoxdur.

Bu ölkə Fələstin xalqına verdiyi dəstək və işğalçıların Qəzzaya qarşı cinayətlərinə qarşı durduğu halda, ABŞ və müttəfiqlərinin Yəmənə qarşı düşmənçilik hərəkətləri davam edir və şənbə günü ABŞ və Böyük Britaniya yenidən Yəmənə hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =