Sənanın Müdafiə naziri: Bizim sionist düşmənə qarşı bir çox variantımız var

Sənanın Müdafiə naziri: Bizim sionist düşmənə qarşı bir çox variantımız var

Yəmənin Milli Qurtuluş Hökumətinin Müdafiə naziri vurğulayıb ki, sionist rejim Qəzzəyə qarşı təcavüzünü dayandırmasa, bu ölkənin qüvvələri bu rejimə qarşı bir çox varianta malikdirlər.

Yəmənin Milli Qurtuluş Hökumətinin Müdafiə naziri “Məhəmmədnasir Əl-Atifi” vurğulayıb: Əgər sionist rejimin Qəzzəyə qarşı təcavüzü və mühasirəsi dayanmasa, bu ölkə qüvvələrinin sionist düşmənlə mübarizə üçün bir çox variantı var.

Amerika Qırmızı dənizdə gəmiçiliyi dəstəkləmək bəhanəsi ilə Yəmənə qarşı koalisiya yaradıb. ABŞ-ın Müdafiə naziri bu yaxınlarda Yəmən ordusu ilə qarşıdurma üçün Tel-Əvivdə regional dəniz koalisiyasının yaradıldığını açıqlayıb. Səna xəbərdarlıq edib ki, bu koalisiyaya üzv olan istənilən ölkə öz gəmilərinə hücumların intizarında olsun.

Əl-Atifi deyib: “Xarici qüvvələrin bölgədəki hərəkətləri və alətləri bizim üçün vəzifələr tələb edir ki, bunlardan ən əsası sayıqlıq və ehtiyatlılıqdır.”

Əl-Məyadin şəbəkəsinin xəbərinə görə, Əl-Atifi həmçinin deyib: Yəmən silahlı qüvvələri Allahın köməyi və Yəmən xalqının rəhbərliyi və köməyi ilə regional və qlobal səviyyədə yeni bir tənlik yaratdı.

O deyib: “Bəzi ölkələr var ki, orada güc tətbiqindən söz belə gedə bilməz, çünki bu mövqe cəsarətli və strateji qərarlar tələb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =