Sərayəl-Qüds işğal olunmuş ərazilərin cənubuna raket zərbəsi endirib
Sərayəl-Qüds işğal olunmuş ərazilərin cənubuna raket hücumunu təsdiqləyərək elan edib: Biz raketlərlə Aşkelonu və Qəzzanın ətraf rayonlarını çox geniş şəkildə hədəf aldıq.
İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl media işğal olunmuş ərazilərin cənubundakı “Zukim” və “Aşkelon” qəsəbələrində həyəcan siqnalı çalındığını elan etmişdi.
Sionist rejimin mediası 2 gün əvvəl Aşkelon və bir sıra sionist yaşayış məntəqələrinin müqavimət raketləri ilə hədəfə alındığını bildirib.
2023-cü il oktyabrın 7-də Fələstin müqavimət qrupları Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başlayıb və nəhayət, 45 günlük döyüş və qarşıdurmadan sonra 24 noyabr 2023-cü ildə müvəqqəti atəşkəs əldə edilib.
Müharibədəki bu fasilə yeddi gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa etdi.
Bu rejim “Əqsa tufanı” əməliyyatınını hücumlarına cavab vermək, məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır.