Sərayəl-Qüds sionist əsgərlərə RPQ ilə ölümcül zərbə endirib

Sərayəl-Qüds sionist əsgərlərə RPQ ilə ölümcül zərbə endirib

Fələstin İslami Cihadının hərbi qanadı olan Sərayəl-Qüds döyüşçüləri RPQ -lərlə sionist əsgərlərin mövqelərini hədəfə alıblar.

Mehr xəbər agentliyinin Şahab xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüds döyüşçüləri Xan Yunisin qərbində yerləşən evlərin birində sionist əsgərləri RPQ ilə atəşə tutublar.

Qüds batalyonları həmçinin sionist rejimin Xan Yunisin mərkəzindəki komanda mərkəzini minaatanlarla hədəfə alıblar.

Digər tərəfdən, İsrail döyüş təyyarələri Qəzzanın şimal-qərbindəki Əl-Maqusi yaşayış binalarını bombalayıb.

Fələstin mənbələri Qəzza zolağının cənubundakı Xan Yunisin şərqində Fələstin müqavimətinin işğalçı qüvvələrlə ağır toqquşmalara girdiyini açıqlayıb.

Bir saat əvvəl Qəssam batalyonları Qəzza zolağının cənubunda Xan Yunisin şərqindəki Absan Əl-Kəbir bölgəsində bir qrup sionist rejim əsgəri arasında piyada əleyhinə bombanı partlatdıqlarını və bu hərbçilərdən bir neçəsinin həlak olduğunu və digərlərinin isə yaralandığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =