Sərayal Qüds: Netanyahunun təslim olmaqdan başqa çarəsi yoxdur
Sərayal Qüdsün mətbuat katibi Fələstin müqavimət döyüşçülərinin Qəzzənin müxtəlif bölgələrində şiddətli mübarizələr apardıqlarını elan edərək deyib: Düşmənə ağır xəsarətlər vurmuşuq və Netanyahunun təslim olmaqdan başqa heç bir çıxış yolu yoxdur.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbu Həmzə müqavimət dəstələrinin döyüş meydanında son nailiyyətləri barədə deyib: Xan Yunus səmasında düşmənin bir kəşfiyyat dronunu məhv etdikdən sonra daha sonra elan edəcəyimiz bir sıra informasiyalar əldə etdik.
Əbu Həmzə daha sonra deyib: Sərayal Qüds döyüşçüləri Xan Yunusda bir binada gizlənmiş bir qrup düşmən hərbçisinin məhv olunma videogörüntülərini yayıb. Əlbəttə vurulan xəsarət videodakılardan daha çoxdur. Çünki müqavimət qrupları Xan Yunusda bir neçə məntəqədə düşmənə bir çox xəsarətlər vurub.
Əbu Həmzə sonda deyib: Müharibə davam edənə qədər sionistlərə aman verməyəcək, onlara necə bir təhlükədə olduqlarını dərk etdirəcək, bu məkana dönə bilməyəcək qədər təhlükədə olduqlarını anladacağıq.