Sərhədsiz Həkimlər: Qəzzada heç nə qalmayıb

Sərhədsiz Həkimlər: Qəzzada heç nə qalmayıb

Sərhədsiz Həkimlər Təşkilatının rəsmisi ötən ay Qəzzəyə səfəri zamanı müşahidələrini açıqlayaraq bildirib ki, sionist rejimin amansız hücumları səbəbindən Qəzzada heç nə qalmayıb.

İRNA-nın “Anadolu” xəbər agentliyinə istinadən cümə günü axşam yaydığı xəbərə görə, Sərhədsiz Həkimlər Təşkilatının koordinatoru Ceykob Börns sosial mediadakı X hesabında yazıb: Qəzza tamamilə dağıdılıb, orada heç nə qalmayıb.

O, davam edib: Qəzzə xalqı üçün Qəzzada həyatın yenidən başlanmasının şahidi olmaq çətindir və bu, çox üzücüdür.

Rəfəh keçidindən keçdikdə böyük şok yaşadıq, dərhal maşınlarda yemək və ya su axtaran insanların əhatəsində qaldıq. Rəfəhin küçələri sığınacaq tikən insanlarla doludur.

Onun sözlərinə görə, xəstəxanalar “xaotik” və “daha çox düşərgəyə bənzəyir. Xəstəxanalar yatmağa, yemək və içməyə su tapmağa çalışan insanlarla doludur.

Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü il tarixində Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb və 45 gündən sonra nəhayət, döyüşə 24 noyabr 2023-cü ildə İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs və ya HƏMAS ilə İsrail arasında əsir mübadiləsi ilə fasilə verilib.

Müharibədəki bu fasilə yeddi gün davam edib və nəhayət, 1 dekabr Cümə gününün səhəri müvəqqəti atəşkəs sona çatıb və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa edib.

Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağına sionistlərin hücumları nəticəsində 22 min 600 nəfərin şəhid olduğunu və 57 min 910 nəfərin yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 2 =