Şərlər şər atır

Şərlər şər atır

İsrailin keçmiş baş naziri əsassız iddiaları ilə İranı “şər imperiya” adlandırıb.

Sabiq nazir İran İslam Respublikasının Yaxın Şərqdə HƏMAS, “Hizbullah” və digər terror təşkilatlarını maliyyələşdirdiyini deyib.

Bennetin sözlərinə görə, İranın dəstəklədiyi HƏMAS və “İslami Cihad” oktyabrın 7-də 1200 israillini öldürüb və Qəzza zolağında genişmiqyaslı müharibəyə səbəb olub. Eyni zamanda, o vaxtdan bəri “Hizbullah” Tehranın dəstəyi ilə İsrailin şimalındakı yaşayış məntəqələrinə 1000-dən çox raket atıb.

Bennet qeyd edib ki, İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” qruplaşması (Husilər) Süveyş kanalında gəmilərə hücum edir, onları ələ keçirirlər.

Keçmiş baş nazir vurğulayıb ki, İranın şər imperiyasıdır və dağıdılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 4 =