Səudiyyə Ərəbistanı İsveç səfirini çağırıb

Səudiyyə Ərəbistanı İsveç səfirini çağırıb

Stokholmda İsveç polisinin icazəsi ilə Qurani-Kərim növbəti dəfə təhqir olunduqdan sonra Səudiyyə Ərəbistanı İsveç səfirini çağırıb və ona sərt ifadəli etiraz notası təqdim edib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu gün axşam (cümə) İsveçin müvəqqəti işlər vəkilini çağırıb.

Cümə axşamı, iyulun 20-də günorta saatlarında İsveçdə yaşayan İraq əsilli vətəndaş Salvan Momika İsveç polisindən lazımi icazələri aldıqdan sonra son bir neçə həftə ərzində ikinci dəfə Qurani-Kərimi təhqir edib və bu, İslam ölkələrinin sərt reaksiyasına səbəb olub.

“Ər-Riyad” qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu hərəkətə cavab olaraq İsveç səfirinə sərt ifadəli etiraz notası təqdim edib.

Bu notada İsveç hakimiyyət orqanlarından bütün dinlərin təlimlərinə, qanunlara və beynəlxalq protokollara zidd olan bu hərəkətlərin qarşısını almaq üçün təcili və zəruri tədbirlər görmələri xatələb olunub.

Daha əvvəl bu hərəkəti pisləyən bəyanatlar verən Riyaz dini nifrət doğuran hər hansı bir hərəkəti qətiyyətlə rədd etdiyini vurğulamağa davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =