Səudiyyə Ərəbistanı ABŞ-la müdafiə sahəsindəki danışıqlarını bərpa edib
Səudiyyə Ərəbistanı Fələstin-İsrail münaqişəsinin gərginləşməsi səbəbindən fasilədən sonra ABŞ ilə müdafiə danışıqlarını davam etdirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“Səudiyyə Ərəbistanı daha sıx müdafiə əlaqələri qurmaq üçün ABŞ ilə danışıqları bərpa edib”, – deyə mənbələr bildiriblər.
Yanvarın əvvəlində Səudiyyə Ərəbistanının şimal-qərbindəki Əl-Ula kəndində vəliəhd şahzadə Məhəmməd bin Salmanla amerikalı senatorlar arasında danışıqlar aparılıb. Söhbət Səudiyyə Ərəbistanı ilə İsrail arasında müttəfiqliyin də daxil olacağı müdafiə paktı üzrə müzakirələrin bərpasından gedirdi.