Səudiyyə Ərəbistanı İsraillə danışıqları dayandırıb

Səudiyyə Ərəbistanı İsraillə danışıqları dayandırıb

Səudiyyə Ərəbistanı Təl-Əvivlə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələri dayandırmaq qərarına gəlib və bu barədə ABŞ rəsmilərini məlumatlandırıb.Fransa xəbər şəbəkələri bildirib ki, Səudiyyə Ərəbistanı Təl-Əvivlə münasibətlərin mümkün normallaşdırılması ilə bağlı müzakirələri dayandırmaq qərarına gəlib və ABŞ rəsmilərini məlumatlandırıb.

Əl-Əqsa əməliyyatı başlamazdan əvvəl Səudiyyə Ərəbistanı və sionist rejimin rəhbərləri bölgəyə yeni forma verə biləcək razılaşmaya doğru davamlı şəkildə irəlilədiklərini bildiriblər.

Agence France-Presse xəbəri dərc olunarkən, Reuters xəbər agentliyi Ər-Riyada yaxın iki mənbəyə istinadən Səudiyyə Ərəbistanının sionist rejimlə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlardan “müvəqqəti olaraq” imtina etdiyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =