Səudiyyə Ərəbistanı kralı və vəliəhdinin İran prezidentinə mesajı

Səudiyyə Ərəbistanı kralı və vəliəhdinin İran prezidentinə mesajı

Səudiyyə Ərəbistanı krallığının səfiri ölkəmizin xarici işlər naziri ilə görüşdə İran prezidentinin Qəzzada baş verən hadisələrlə bağlı mesajına cavab olaraq Səudiyyə Ərəbistanı kralının mesajını, eləcə də sözügedən ölkənin kralı və vəliəhdinin Ayətullah Rəisiyə ünvanladığı təbrik mesajları təqdim edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 7 fevralda Səudiyyə Ərəbistanı Krallığının İrandakı səfiri Abdullah bin Səud Əl-Ənzini qəbul edib.

Bu görüşdə Səudiyyə Ərəbistanının səfiri Qəzzada baş verən hadisələrlə bağlı ölkəmizin prezidenti Ayətullah Seyid İbrahim Rəisinin mesajına cavab olaraq Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin göndərdiyi mesajı və Səudiyyə Ərəbistanının kralı və vəliəhdi İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə ölkə prezidentinə təbrik mesajını ölkəmizin xarici işlər nazirinə təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + ten =