Səudiyyə Ərəbistanında Qəzzə müzakirəsi

Səudiyyə Ərəbistanında Qəzzə müzakirəsi

İnformasiya qaynaqları ötən həftə Səudiyyə Ərəbistanında 4 ərəb ölkəsi ilə İsrailin Qəzzə mövzusunda qapalı bir iclasın keçirildiyindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən,  ibridilli Vala portalı və Amerikanın Axios saytı təxminən 10 gün əvvəl Riyazda Tel Əviv rəsmilərinin 4 ərəb ölkə nümayəndəsi ilə Qəzzə müharibəsini müzakirə etdiklərindən yazırlar.

Vala yazır: Bu iclasda müharibədən sonrakı Qəzzənin taleyi, Fələstin Özünüidarə Təşkilatının fəaliyyəti barədə danışıqlar olub. Ərəbistan milli təhlükəsizlik şurasının müşaviri Müsaid Bin Məhəmməd Əl Əyban, FÖT rəsmis Macid Fərəc, İordaniyadan Məhəmməd Rəsul Əl Kəylani və Misir nümayəndəsi də iştirak edib.

Məlumata görə iclas iştirakçıları FÖT tərkibndə dəyişiklilər və islahatlar edilməsi qərarına gəliblər.

Digər bir xəbərə görə Fələstin Özünüidarə Təşkilatının başçısı Mahmud Abbasın vəzifədən getməsi məsələsi də müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 8 =