Səudiyyə ordusunun Yəmənə hücumu nəticəsində 1 nəfər şəhid olub və 10 nəfər yaralanıb

Səudiyyə ordusunun Yəmənə hücumu nəticəsində 1 nəfər şəhid olub və 10 nəfər yaralanıb

Yəmən mediası Səudiyyə ordusunun sərhəd bölgəsinə hücumu nəticəsində bir nəfərin şəhid olması, 10 nəfərin isə yaralanması barədə məlumat yayıb.

Çərşənbə axşamı Səudiyyə ordusu Yəmən vətəndaşlarının evlərini və Səədə əyalətinin Mənbə sərhəd bölgəsində yerləşən Ər-Raqo ticarət mərkəzlərini atəşə tutub, bir nəfər ölüb, 10 nəfər yaralanıb.

 “Əl-Məsirə” saytının məlumatına görə, bu yaralılardan ikisi afrikalı mühacirdir.

Bazar ertəsi də Şəda sərhəd bölgəsinin sakinlərindən olan bir Yəmən vətəndaşı Səudiyyə ordusunun birbaşa atəşinin hədəfi olub və şəhid olub.

Səədə əyalətinin sərhəd bölgələrində son vaxtlar Səudiyyə hərbçilərinin Yəmən vətəndaşlarına qarşı raket hücumları, artilleriya və birbaşa atışmaları artıb, indiyədək xeyli sayda vətəndaş şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + ten =