Səudiyyə rejimi Əl-Qaidə və İŞİD terrorçularını Suriyadan Yəmənə daşıyır

Səudiyyə rejimi Əl-Qaidə və İŞİD terrorçularını Suriyadan Yəmənə daşıyır

Yəmən qüvvələri tərəfindən yaxın vaxtlarda Məaribin azad edilməsindən qorxan Səudiyyə rejiminin işğalçı qüvvələri təkfirçi terrorçuların idxalına əl atıblar.

Deyerler.org Uprising.today-a istinadən xəbər verir ki, Səudiyyə rejimi Əl-Qaidə və İŞİD terrorçularını Suriyadan Yəmənə daşıyır.

Media mənbələri, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Suriyadan Əl-Qaidə və İŞİD üzvlərini Məarib vilayətindəki Əl-Aləm cəbhəsinə gətirdiyini açıqlayıb.

Al-Masirah TV kanalı bu axşam yayımlanan təcili bir xəbərində, koalisiyanın Raid bin Səud bin Maəyili və Suriyadan qayıdan Salman bin Əli bin Hamad bin Miqan adlı bir İŞİD lideri və qardaşı Abdullahın rəhbərliyi altında təkfirçi terrorçuları gətirdiyini təsdiqləyib.

Bu addım Yəmən ordusu və İnqilabi Xalq Komitələrinin (Ənsarullah) cümə günü Məarib şəhərinin kənarındakı ən əhəmiyyətli strateji yerlər olan Hilan qovşağını və Əl-Diqu bölgəsini azad etdikdən sonra baş verib.

Səudiyyə rejiminin muzdlu əsgərlərinin çoxunun Yəmən ordusu tərəfindən döyüş qəniməti olaraq götürülən çoxlu sayda texnikanı tərk edərək, şəhərə doğru qaçdığı bildirilir.

Yəmən ordusu və Ənsarullah sentyabrın 17-si bir hərbi mənbənin verdiyi məlumata görə qərbdən Məarib şəhərinin hökumət kompleksinə sadəcə 12 kilometr, şimaldan 25 kilometr və cənubdan təxminən 50 kilometr məsafəyə yaxınlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − three =