Səudiyyə sərhədində iki yəmənli şəhid olub

Səudiyyə sərhədində iki yəmənli şəhid olub

Yəmən mediası Səudiyyə ordusunun sərhəd bölgəsinə hücumu nəticəsində bu ölkənin iki vətəndaşının şəhid olması xəbərini yayıb.

 Səudiyyə ordusu Yəmənin sərhəd bölgəsində bu ölkə vətəndaşlarına növbəti dəfə atəş açıb və onlardan ikisini öldürüb.

 “Əl-Məsirə” saytı Səudiyyə ordusunun artilleriya hücumu nəticəsində “Şəda” sərhəd bölgəsində iki Yəmən vətəndaşının şəhid olduğunu açıqlayıb.

Səədə əyalətinin sərhəd bölgələri dəfələrlə raket və artilleriya hücumlarına və yəmənli mülki şəxslərə birbaşa atəş açılmasına məruz qalıb.

Yəməndə artıq bir ildən çoxdur ki, atəşkəs hökm sürür. Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2014-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə qarşı hərbi təcavüz edib və ölkəni qurudan hava və dənizdən blokadaya alıb.

Səudiyyə koalisiyası hələ də Yəmənin Milli Qurtuluş Hökumətinin bütün şərtlərini yerinə yetirməyib, buna görə də BMT və Omanın vasitəçiliyi ilə Yəməndə atəşkəs müvəqqəti olaraq uzadılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + seven =