Səudiyyədən TƏLƏB: “İsrailə silah ixracını dayandırın”
“Səudiyyə Ərəbistanı İsrailə silah ixracına son qoyulmasını tələb edir”.
Bu fikirlə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çıxış edib.
O, ölkəsinin fələstinlilərin Qəzza zolağından zorla köçürülməsinə qarşı olduğunu və Ər-Riyadın dünya ölkələrini İsrailə silah ixracını dayandırmağa çağırdığını bildirib,
“Biz Fələstin probleminin həlli üçün ciddi və hərtərəfli sülh prosesinin başlanmasını tələb edirik”, – deyə Səudiyyə vəliəhdi əlavə edib.