Şəhid Süleymaninin Əhməd Şah Məsudla Pəncşirdə olması və mübarizəsi
Əfqanıstanın Tibyan İnstitutunun rəhbəri deyib: Qasim Süleymani Əfqanıstan xalqının, o cümlədən Əhməd Şah Məsud və Ustad Rəbbaninin mübarizəsinin əvvəlindən mücahidlərin yanında olub və Pəncşir Cəbhəsinin qələbəsində mühüm rol oynayıb.
Əfqanıstanın Tibyan İnstitutunun və AVA xəbər agentliyinin rəhbəri Höccətül-İslam vəl-müslimin Seyid İsa Hüseyni Məzari bu gün (bazar ertəsi) “Şəhid Qasim Süleymaninin əvəzolunmaz rolu” adlı mətbuat konfransında deyib: İstər müqavimət dövrü olsun, istərsə də ABŞ-ın Əfqanıstanda mövcudluğundan sonra, Qasim Süleymani Əfqanıstanda baş verən proseslərin inkişafında çox mühüm rol oynadı.
Məzari sözlərinin əvvəlində deyib: “Dekabr ayı Əfqanıstanda tarixi və çox acı bir aydır. Sovet İttifaqı bu ayda Əfqanıstanı işğal edib və bu ölkədə 40 illik müharibəyə başlayıb və bu, Əfqanıstanda çoxlu köçkünlük və yoxsulluğa səbəb olub. Həmçinin, bu ayda İslam dünyası müqavimətinin ən böyük siması olan general Süleymaninin ABŞ tərəfindən şəhid edilməsinin şahidi olmuşuq.”
Məzari bu görüşün məqsədləri kimi Sərdar Süleymaninin xatirəsini yad etməyi, bu böyük şəhidin ruhuna dua etməyi, Süleymaninin gənc qüvvələr üçün xüsusiyyətlərini sadalamağı və nəhayət, Şəhid Süleymaninin İslam dünyası və xüsusilə Əfqanıstan üçün xidmətlərini qeyd edib.