Sionist rejimin müdafiə sistemi İranın qabaqcıl raketlərinin qarşısını almaqda acizdir

Sionist rejimin müdafiə sistemi İranın qabaqcıl raketlərinin qarşısını almaqda acizdir

İranın yeni təlimini şərh edən rusiyalı hərbi ekspert bildirib ki, İsrail rejiminin raketdən müdafiəsi İranın ən qabaqcıl və dəqiq raketlərini önləyə bilməz.

İran İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin “Əzəmətli Peyğəmbər-17” təlimindən sonra müxtəlif xarici media və analitiklər şərhlər verib və bildiriblər ki, İran öz raketi və İHA-nın dəqiqlik və texnologiya səviyyəsini göstərib.

Tass xəbər agentliyinin məlumatına görə, rusiyalı hərbi ekspert Yuri Liyamin “Kommersant” qəzetinə açıqlamasında İranın təhdidlərinin əsassız olmadığını deyib. İran təlimlərdə 16 raket atıb.

Hərbi analitik vurğulayıb ki, bu cür raketlərdən istifadə yəqin ki, müharibə olacağı təqdirdə İsrailin təkcə İran tərəfindən hücuma məruz qalmayacağına işarədir.

Liyamin qeyd edib ki, İsrail rejiminin raketdən müdafiə sistemi potensial olaraq bəzi raketləri zərərsizləşdirə bilər, lakin onların hamısını yox, xüsusən də söhbət ən qabaqcıl və dəqiq raketlərdən gedirsə.

Son təlimlərdə və videolarda göstərildiyi kimi, ballistik raketlərlə kiçik uzaqmənzilli kamikadze dronların yeni istifadəsi təhlükəli sursatların daha bir birləşməsini təmsil edir.

İranın Dimonanı açıq şəkildə hədələməsi və bu texnologiyadan istifadə edərək hücum etmək istədiyini söyləməsi İranın bu səviyyədə dəqiqliyi və texnologiyası ilə bölgəyə necə nüfuz etməyə çalışdığını göstərir.

Qəzet yazır ki, İranın son manevrində nümayiş etdirdiyi yeni buraxılış qurğusunda dronların quraşdırıla biləcəyi beş təbəqə var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =