Səudiyyə koalisiyasının qırıcıları Səna stadionunu bombalayıb
Xəbər mənbələri bildirib ki, Səudiyyə koalisiyasının qırıcıları cümə günü səhər Səna stadionunu bombalayıb.
Səudiyyə koalisiyasının qırıcıları cümə günü səhər saatlarında Yəmənin paytaxtı Sənada müxtəlif əraziləri, o cümlədən şəhərin şimalındakı Əs-Səvra stadionunu bombalayıb.
Koalisiya qırıcıları Əs-Səvra stadionunu üç dəfə bombalayıb.
Səudiyyə koalisiyasının qırıcıları Yəmənin paytaxtının cənubundakı Əl-Zübeyri küçəsini də bombalayıb və həmin əraziyə ziyan vurub. Yəmən mənbələri hücumda mülki şəxslərin yaralandığını təsdiqləyib.
Yəmən Ənsarullahı Əs-Səvra stadionuna hücumdan əvvəl Səudiyyə koalisiyasının həmin stadionunda silahların olması ilə bağlı iddiasını rədd edərək medianı təcavüzkarların yalanlarını ifşa etmək üçün stadiona getməyə və onu lentə almağa çağırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin devrilmiş Prezidenti Mənsur Hadinin hakimiyyətini bərpa etmək üçün 2015-ci ilin aprelindən bəri yoxsul Yəmən ölkəsini ağır hava, quru və dəniz hücumları ilə hədəfə alır.
Bu hücumlar Yəmənin infrastrukturunun dağıdılmasına və bu yoxsul ərəb ölkəsində yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Hücumlar başlayandan bəri on minlərlə yəmənli mülki şəxs həlak olub və yaralanıb.
BMT ekspertləri Yəməni dünyanın ən böyük humanitar böhranının səhnəsi kimi xarakterizə edir. Yəmən əhalisinin 75%-dən çoxunun hazırda hər növ humanitar yardıma və dəstəyə ehtiyacı var.