Sabah Dohada Suriya üzrə Astana formatında görüş keçiriləcək

Sabah Dohada Suriya üzrə Astana formatında görüş keçiriləcək

Qətərdə dekabrın 7-də Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçiriləcək.

Bu barədə TASS-a diplomatik mənbə bildirib.

“Astana formatında görüş dekabrın 7-də Doha Forumu çərçivəsində keçiriləcək”, – o vurğulayıb.

Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − thirteen =