Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər zəif duman olacaq.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − two =