Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi – Günəş tutulması olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + eighteen =