Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 11 =