Şahmatçımız dünya çempionu oldu

Şahmatçımız dünya çempionu oldu

İtaliyanın Montesilvano şəhərində  qız və oğlanlar arasında dünya birinciliyində son turun oyunları keçirilir.

18 yaşlı qızlar arasında mübarizə aparan Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva 11 turda 9,5 xal toplamaqla dünya çempionu olub.

Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.

Xatırladaq ki, A. Allahverdiyeva 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 8 =