Sakit Okeanda Çin və Rusiya dəniz təlimləri keçirib

Sakit Okeanda Çin və Rusiya dəniz təlimləri keçirib

Rusiya və Çin gəmiləri Sakit okeanda birgə patrul xidməti həyata keçirib.

Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu cümə günü Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və Çin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Sakit Okeanda birgə dəniz patrul missiyaları zamanı yanacaq doldurmaq və malların daşınması üçün təlimlər keçirdiklərini açıqlayıb.

Bu Rusiya Nazirliyinin hesabatına görə, Çin və Rusiya gəmiləri patrul xidməti həyata keçirib və patrul başlayandan bəri 6400 dəniz milini qət edib.

Rusiya Müdafiə Nazirliyi elan edib: Bu müddət ərzində iki ölkənin dənizçiləri sualtı qayıqlara qarşı təlimlər keçirib, düşmənin hava hücumlarını dəf edib, dənizdə xilasetmə təlimləri keçirib, helikopterlərin döyüş gəmilərindən havaya qalxıb-yenmə əməliyyatlarını təkmilləşdiriblər.

Bu birgə təlimin məqsədi Rusiya və Çin arasında hərbi əməkdaşlığın gücləndirilməsini artırmaq, eləcə də Asiya və Sakit okean regionunda sülh və sabitliyi qorumaq, o cümlədən, su yollarına nəzarət etmək və Rusiya və Çində dəniz iqtisadi fəaliyyətinə dəstək vermək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − nineteen =